AZ

Amerika hakimiyyəti Rusiyaının sülh danışıqlarına gedəcəyinə ümid edir

Amerika hakimiyyəti ümid edir ki, Rusiya BMT Nizamnaməsinə uyğun olaraq Ukraynada hərbi əməliyyatların dayandırılması ilə bağlı danışıqlara razılıq verəcək.

Editor.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Ər-Riyadda Dünya İqtisadi Forumunda çıxışı zamanı deyib. Blinkenin fikrincə, hərbi əməliyyatların başa çatması əsasən Rusiya prezidenti Vladimir Putindən və onun qərarlarından asılıdır.

Buna görə də ABŞ hakimiyyəti ümid edir ki, Putin “beynəlxalq ictimaiyyətin və BMT Nizamnaməsinin əsasında duran əsas prinsiplərə uyğun olaraq səmimi danışıqlara hazır olduğunu nümayiş etdirəcək”.“Suverenlik, ərazi bütövlüyü, müstəqillik. Əgər onlar düzgün şəkildə təsdiqlənərsə, qətnamə qəbul edilməlidir”, – Blinken yekunlaşdırıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
48
Mənbələr
Şərh ()
Bağla