AZ

"Avroviziya" təmsilçilərimizin ilk məşqindən FOTOLAR

Ölkəmizi təmsil edəcək Fahree və İlkin Dövlətov "Avroviziya 2024"ün keçiriləcəyi məkanda ilk məşqlərini ediblər.

Axşam.az xəbər verir ki, mediaya qapalı keçirilən məşqlərdə bəlli olub ki, təmsilçilərimizin geyimində qara və boz rənglərdən istifadə olunub. Onlar səhnədə “Özünlə Apar” mahnısını səsləndiriblər.

Qeyd edək ki, bu il yarışma İsveçin Malmö şəhərində keçiriləcək. Birinci və ikinci yarımfinallar 7 və 9 may tarixlərində, final isə 11 may 2024-cü ildə planlaşdırılıb. Azərbaycanı Fahree və İlkin Dövlətov "Özünlə apar" mahnısı ilə təmsil edəcək.

Ölkəmiz birinci yarımfinalda Ukrayna, Kipr, Polşa, Serbiya, Litva, Xorvatiya, İrlandiya, Sloveniya, İslandiya, Finlandiya, Portuqaliya, Lüksemburq, Avstraliya, Moldova ilə yarışacaq.

Seçilən
141
6
Mənbələr
Şərh ()
Bağla