AZ

Tokayevdən Zəngəzur həmləsi – Qısa vaxtda həm Bakı, həm də İrəvana...

Qazaxıstan da Türkiyə qədər Zəngəzur dəhlizinin işə düşməsini istəyir.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Qazaxıstan Azərbaycan-Ermənistan danışıqlarında vasitəçi yox, məkan rolunu oynayacaq:

“Qazaxıstan Xarici İşlər Nazirliyinin sözçüsü Aybək Smadiyarov bildirib ki, rəsmi Astana Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıda görüşünü təşkil edərkən danışıqlarda vasitəçi rolunu oynamayacaq.

Qazax diplomatın bu açıqlamasını faydalı hesab edirəm. Azərbaycanla Ermənistana vasitəçi lazım deyil, birbaşa danışıqlar müsbət nəticə verir. Ötən 30 il ərzində nə qədər vasitəçi oldu, heç biri işə yaramadı. Tərəflərin vasitəçiyə yox, görüş üçün məkana ehtiyacları var, onu da Qazaxıstan hakimiyyəti təqdim edir.

Qazaxıstan XİN-in nümayəndəsi Astananın təklifini “good offices” (“yaxşı ofis”) kimi qiymətləndirib. Qazaxıstan vasitəçi olmasa da, Azərbaycanla Ermənistan arasında razılaşmanın əldə edilməsini arzulayan əsas dövlətlərdəndir.

Astana Bakı və Ankara qədər Zəngəzur dəhlizinin işə düşməsini istəyir. Bu dəhliz Qazaxıstanın da baş rol oynayacağı Orta dəhliz layihəsinin reallaşmasını sürətləndirəcək. Qazaxıstan prezitentinin qısa zaman kəsiyində Azərbaycan və Ermənistana səfərləri həm də bununla bağlı idi”.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
40
8
Mənbələr
Şərh ()
Bağla