AZ

Blinken: HƏMAS-ın qeyri-adi dərəcədə səxavətli atəşkəs təklifi var...

ABŞ dövlət katibi Antoni Blinken Vaşinqtonun İsrailin Rəfaha hücumunun əleyhinə olduğunu bir daha bəyan edərək, Qəzzada atəşkəslə bağlı HƏMAS Hərəkatının "düzgün qərar" verəcəyinə inandığını bildirib.

Sfera.az xəbər verir ki, Ər-Riyadda Dünya İqtisadi Forumunun (WEF) xüsusi iclasında çıxış edən Blinken bildirib ki, İsrail fahda mümkün quru əməliyyatı üçün mülki əhalinin müdafiəsi planını Vaşinqtona təqdim etməyib.
 

ABŞ dövlət katibi atəşkəs və əsir mübadiləsi ilə bağlı "fövqəladə səxavətli" olaraq xarakterizə etdiyi razılaşma təklifini HƏMAS-ın qəbul edəcəyinə inandığını bildirib.


Digər tərəfdən, HƏMAS-ın mühasirədə olan və aclıqla mübarizə aparan Qəzzada gedən müharibədə girovların azad edilməsini də ehtiva edən atəşkəs təklifinə bu gün cavab verməsi gözlənilir.

İnci

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla