AZ

Brüsseldə 28 May-Müstəqillik Gününə həsr olunmuş şahmat turniri keçirilib

Brüsseldə

Brüssel, 29 aprel, AZƏRTAC

Belçikada yeni təsis olunmuş “FireLand” Azərbaycanlılar Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Belçikadakı Səfirliyinin dəstəyi ilə Brüssel şəhərində 28 May-Müstəqillik Gününə həsr olunmuş şahmat turniri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə birliyin sədri İlahə Tağıyeva qonaqlara təşkil etdikləri şahmat dərsləri barədə məlumat verib, dərsləri Belçikada təhsil alan həmyerlimiz Elmir Qırxıyevin apardığını bildirib.

Daha sonra çıxış edən Azərbaycan Respublikasının Belçikadakı səfiri Vaqif Sadıqov iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb, tədbirin təşkilatçılarına minnətdarlığını bildirib. Diplomat bu kimi tədbirlərin soydaşlarımızın bir araya toplanması, onlar arasındakı əlaqələrin daha da genişləndirilməsi baxımından əhəmiyyətli olduğunu söyləyib.

Tədbirdə Belçika, Fransa və Niderlanddan 25 uşaq və valideyn iştirak edib.

Uşaqlar arasında yarış 3 fərqli səviyyə üzrə qruplarda aparılıb. Bütün iştirakçılara sertifikat və medallar, qaliblərə isə hədiyyələr təqdim olunub.

Vüqar Seyidov

AZƏRTACın xüsusi müxbiri

Brüssel

Seçilən
69
3
Mənbələr
Şərh ()
Bağla