AZ

Üçtərəfli Bəyanatın icra olunmamış bəndi və "pacta sunt servanda" qaydası

ÜÇTƏRƏFLİ BƏYANAT dövlətlərarası müqavilə idi.

Bizim2017-ci ildə qoşulduğumuz "Müqavilələr hüququ haqqında" 23 may 1969-cu il Vyana Konvensiyasının 2-ci maddəsində deyilir:

"Müqavilə” dedikdə dövlətlər arasında yazılı formada bağlanılan və beynəlxalq hüquqla tənzimlənən, bir sənəddə və ya öz arasında əlaqəli olan iki və ya daha çox sənəddə əks olunmasından və konkret adından asılı olmayaraq beynəlxalq razılaşma başa düşülür.

Bu müqavilə imzalanma ilə qüvvəyə mindiyindən Azərbaycan parlamentində ratifikasiya olunmadı. Bu, sözügedən konvensiyaya uyğun olmaqla bərabər, müqavilənin qüvvəyə minməsi barədə razırlaşmadanvə dövlətlərin üzərinə götürdüyü məcburedici öhdəliklər üçün konkret qrafik müəyyən edilməsindən irəli gəlirdi.
Üçtərəfli Bəyanat öz məzmununa görə, Ermənistanın kapitulyasiya aktı idi.Bu akta əsasən tərəflər üzərinə götürdüyü bir sıra öhdəlikləri yerinə yetirib. Daha dəqiq desək, Bəyanatdakı 9 bənddən 7-i üzrə öhdəliklər icra olunub, öhdəliklər icra olunduğu üçün 4-cü bənd- RSK-nın Qarabağda qalma müddəti ilə bağlı razılaşma öz əhəmiyyətini itirib. Bu səbəbdən də RSK vaxtından əvvəl ölkəmizi tərk edir.

Fəqət bütün bunlar Üçtərəfli Bəyanata xitam verilməsi anlamına gəlmir. Çünki 9-cu bənd hələ icra olunmayıb.

Bu bənddə deyilirdi:

"Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək".

Beynəlxalq hüququn əsas qaydalarından biri "pacta sunt servanda", yəni əhdə vəfadır. Sadə dildə bu qayda onu nəzərdə tutur ki, öhdəlik mütləq icra olunmalıdır.

Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini biz "Zəngəzur dəhlizi" adlandırırıq.

"Dəhliz" ifadəsi beynəlxalq müqavilələr baxımından artıq hüquqi termindir. 15 iyun 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsində yazılır:

Seçilən
7
Mənbələr
Şərh ()
Bağla