AZ

Xəyal Fərzullayev üçün əlamətdar oyun

Azərbaycan Premyer Liqasının 32-ci turunun “Qarabağ”la ev oyunu “Sumqayıt”ın qapıçısı Xəyal Fərzullayev üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan oyunda 18 yaşlı qapıçı elitada debüt edib.

“Sumqayıt”ın akademiyasının yetirməsi olan 18 yaşlı futbolçu Premyer Liqada debüt matçını məhz “Qarabağ”a qarşı keçirib. 10 yaşından etibarən “Sumqayıt”ın üzvü olan Xəyal çıxdığı ilk çempionat oyununda qapısını toxunulmaz saxlamağı bacarıb. “Sumqayıt” bu görüşdə 1:0 hesablı qələbəyə sevinib.

Xatırladaq ki, Xəyal Fərzullayev bu mövsüm “Sumqayıt”da debüt matçını keçirən ilk futbolçu deyil. Ondan öncə “Sumqayıt”ın daha bir yetirməsi – Sənan Muradlı da Premyer Liqada debüt etmişdi.

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla