AZ

"Yeni dövrdə yeni ideyalarla" mövzusunda növbəti müzakirə keçirilib    

UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsi, UNEC Avrasiya İqtisadiyyatı Beynəlxlaq Elmi-Tədqiqat Mərkəzi və UNEC İslam İqtisadiyyatı və Maliyyəsi Mərkəzinin təşkilatçılığı ilə "Yeni dövrdə yeni ideyalarla" mövzusunda silsilə müzakirələr çərçivəsində növbəti dəyirmi masa keçirilib.

 

AzEdu.az xəbər verir ki, tədbirdə UNEC-in və digər ali təhsil müəssisələrinin professor-müəllim, tələbə və tədqiqatçı heyəti, təhsil ekspertləri, iqtisadçı-ekspertlər, Dövlət Məşğulluq Agentliyinin nümayəndələri, sahibkarlar iştirak edib.

 

Tədbiri giriş sözü ilə açan UNEC Avrasiya İqtisadiyyatı Beynəlxlaq Elmi-Tədqiqat Mərkəzinin rəhbəri professor Zahid Məmmədov iştirakçılara müraciət edərək, yeni dövrdə Universitetlərdə yerinə yetirilən elmi-tədqiqatların iqtisadiyyatın çağırışlarına cavab verməsi, elmi fəaliyyətin idarə olunması sisteminin qurulması, elmi tədqiqatların kommersiyalaşması üçün nələrin edilməsi, konfransların elmi dəyərinin ölçülməsi və s. istiqamətlərdə fikir və təkliflərlə çıxış etməyə çağırıb.

 

ADA Universitetinin prorektoru Dr. Vəfa Kazdal təhsil sisteminin aktual problemləri və onların həlli istiqamətində aparılması vacib olan reformalar barədə ətraflı məlumat verib.

 

UNEC-in Azərbaycan dili kafedrasının dosenti Çinarə Qəhrəmanova yeni dövrdə beynəlxalq elmi məlumat bazalarında “Dil imperializmi”nin problemləri mövzusunda çıxış edərək dilin ekologiyası məsələlərinə toxunub.

 

AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəis müavini Dr.Mirəli Kazımov elmi tədqiqat nəticələrinin tədrisə inteqrasiyası, universitetlərdə elmi-pedoqoji kadr hazırlığının müasir dövrün tələblərinə cavab verməsi ilə bağlı atılacaq addımlardan danışıb.

 

UNEC professoru Arzu Hüseynova ölkədə ali təhsil sahəsində innovasiya aktivliyinin qiymətləndirilməsi və innovasiya fəaliyyətinin səmərəliliyinin artırılması üçün təklif və tövsiyyələrlə çıxış edib.

 

İqtisadçı-ekspert Ph.D. Fuad İbrahimov yeni dövrdə peşə seçimi problemləri və yeni texnologiyalardan istifadənin peşəyönümlülüyə təsirləri haqqında məlumat verib.

 

UNEC İslam İqtisadiyyatı və Maliyyəsi Mərkəzinin rəhbəri dos.Sərvinaz Xanlarzadə daha keyfiyyətli tədqiqatların yerinə yetirilməsi üçün tədqiqatçı müəllimlərin dərs yükünün azaldılmasının əhəmiyyətindən danışıb.

 

Təhsil eksperti İlham Əhmədov qabaqcıl beynəlxalq təcrübə əsasında təhsilin keyfiyyətinin təminatı üzrə yeni sistemin yaradılmasının zərurətindən danışıb.

 

Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Təklif və tövsiyələr ətrafında fikir mübadiləsi aparılıb.

 

 

 

 

Seçilən
61
2
Mənbələr
Şərh ()
Bağla