AZ

Premyer Liqa: “Zirə”yə “Araz-Naxçıvan”dan ağır zərbə

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 32-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçı Zirədə keçirilib. Burada avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Zirə” autsayderlər qrupunda qərarlaşmış “Araz-Naxçıvan”ı qəbul edib.

“Zirə”nin əsas rəqibləri olan “Neftçi” və “Sumqayıt” bu turu qələbə ilə başa vurduqları üçün turnir cədvəlində qəsəbə təmsilçisindən önə keçmişdilər. Rəşad Sadıqovun komandası bu gün növbəti qələbəsini qazanmaqla yenidən 2-ci sıraya yüksələcəkdi. Ardıcıl 4 oyundur məğlub olan “Araz-Naxçıvan” isə bu uğursuz gedişata son qoymaq üçün meydana çıxmışdı.

“Zirə” ilə “Araz-Naxçıvan” yalnız bu mövsüm qarşılaşmışdılar. Əvvəlki 3 oyunda hər üç nəticə qeydə alınmışdı: komandaların hərəyə 1 qələbəsi vardısa, 1 qarşılaşmada da heç-heçə qeydə alınmışdı.

Bu görüşdə isə qələbəni “Araz-Naxçıvan” bayram edib. Hər kəs oyunun qolsuz bitəcəyini düşündüyü bir vaxtda qonaqlar 89-cu dəqiqədə hesabı açmaqla meydan sahiblərini şoka salıblar. Beləcə, “Zirə” avrokuboklara vəsiqə yolunda çox böyük zərbə alıb.

Qeyd edək ki, bu, “Araz-Naxçıvan”ın yeni baş məşqçisi Elmar Baxşıyevin rəhbərliyi altındakı ilk qələbəsidir.

Bu nəticədən sonra “Zirə” 49 xalla 4-cü, “Araz-Naxçıvan” isə 35 xalla 8-ci sırada qərarlaşıb.

Daha öncə “Sabah” “Səbail”ə (2:0), “Neftçi” “Turan Tovuz”a (3:0), “Sumqayıt” “Qarabağ”a (1:0) qalib gəlmişdisə, “Qəbələ” evdə “Kəpəz”ə uduzmuşdu – 0:1.

Premyer Liqa
32-ci tur
29 aprel

“Zirə” – “Araz-Naxçıvan” 0:1
Qol: İqor Ribeyro, 89.
Hakimlər: Cavid Cəlilov, Eyyub İbrahimov, Asiman Əzizli, Nicat İsmayıllı.
Zirə İdman Kompleksinin stadionu, 19:00.

Zirə: 97. Tiaqo Silva, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 24. Sezar Meza Kolli, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 23. Rafael Utziq, 15. Pyer Zebli, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 17. Araz Abdullayev, 77. Məqsəd İsayev, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 66. Pərviz Azadov, 5. Stefan Akka, 9. Vladislav Kulaç, 28. Abbas İbrahim, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.

Araz-Naxçıvan: 12. Kristian Avram, 6. Vadim Abdullayev (k), 39. Tural Bayramlı, 55. Zamiq Əliyev, 2. Abdulla Rzayev, 9. Elvis Maşike, 23. Nuno Rodriqes, 42. Məhəmməd Kadiri, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 27. Numan Kurdiç.
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 3. Turan Manafov, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 17. İldar Ələkbərov, 88. Tuqay Əlizadə, 11. Ramin Nəsirli, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando, 29. Vanderson Melo.
Baş məşqçi: Elmar Baxşıyev.

Seçilən
63
10
Mənbələr
Şərh ()
Bağla

Reytinq