AZ

Rusiya hərbçilər vasitəsilə İrəvanda vəziyyəti qarışdırır - Açıqlama

"Ermənistandakı aksiyaların arxasında Serj Sərkisyan və Röbert Köçəryanın durduğunu müəyyənləşdiriblər. Hərbi elitadan, əsasən də, Qarabağdan gedən və əksəriyyətinə cinayət işi qaldırılmış erməni hərbçiləri də bu aksiyalara qoşulublar. Bir neçə kəndin əhalisi və kilsə nümayəndələri də etirazlarda fəallıq edirlər. O adamlar həbs olunmaq təhlükəsi ilə üz-üzədirlər".




Bunu Bakupost.az -a açıqlamasında politoloq Cümşüd Nuriyev Ermənistandakı etiraz aksiyaları barədə danışarkən deyib.

O, Paşinyan hakimiyyətinin bu aksiyaların qarşısını alacağını bildirib:

“Ermənistan baş naziri Nikol Paşinyan çox ağıllı fikir irəli sürdü. Bildirdi ki, biz bütün məsələləri həll edəndən sonra rahat yaşaya bilərik. İnsanın öz evində yaşaması üçün gərək qapısı, pəncərəsi, damı təmir oluna ki, o, rahat, azad yaşaya bilsin. Bu mənada Paşinyan Ermənistanı bəlalardan qorumağa çalışır və onu xilas edir.
Bununla yanaşı, Rusiyada olan müəyyən güclər Ermənistanda hərbçiləri bu işə qarışdırır. İran narazılıq edir. Ona görə də proseslər bu şəkildə davam edir. Amma əslində elə ciddi bir şey yoxdur”.

Vasif Əlihüseyn
BakuPost
Seçilən
67
Mənbələr
Şərh ()
Bağla