AZ

"ABŞ-ın Ukraynaya yardımı və Rusiyanın dondurulmuş aktivləri 2028-ci ilədək yetərli olacaq" - "Reuters"

"Rusiyaya müqavimət göstərmək üçün Ukraynaya ortamüddətli maliyyələşmə planı lazımdır..."
 
Ukraynaya daha bir neçə il ərzində müharibədə tab gətirmək üçün uzunmüddətli maliyyələşmə planı lazımdır. Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsi Ukraynada müharibəni ən azı 2028-ci ilədək maliyyələşdirməyə imkan verəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat verib.
 
Ukrayna ABŞ-dan 61 milyard dollar məbləğində həyatı əhəmiyyətli yardım alıb, lakin Rusiyaya müqavimət göstərmək üçün ona hələ də ortamüddətli  maliyyələşmə planı lazımdır, bu planda mərkəzi yeri Rusiyanın dondurulmuş aktivlərinin cəlb edilməsi tutmalıdır, agentlik hesab edir.
 
Nəşr qeyd edir ki, ABŞ-ın sonuncu yardım paketi digər ölkələrin öhdəlikləri ilə birgə Kiyevə növbəti ilin sonunadək yetərli olmalıdır. Lakin 2025-ci ilin sonunda Ukraynanın silahı yenidən tükənə bilər.
 
"Çoxiillik maliyyələşmə planının, əksinə, bir neçə üstünlüyü var. Hər şeydən öncə bu, ABŞ-da siyasi tərəddüdlərdən müəyyən sığortalanmanı təmin edəcək.
 
Bundan başqa, bu, ukraynalıların mənəvi ruhunu yüksəldəcək və Qərbin silah istehsalçılarına istehsalı artırmağa daha çox inam aşılayacaq", - nəşr qeyd edir.
 
Bu zaman Rusiya prezidentinin hesablamaları da dəyişə bilər və o, Ukraynanın hələ bir çox illər tab gətirə biləcəyi qənaətinə gələr.
 
Agentlik hesab edir ki, Ukrayna ərazilərinin çox hissəsini geri qaytara bilməyəcək, lakin mümkündür ki, o, daha güclü mövqedən sülh barədə razılaşmaya nail olsun və ya Şimali və Cənubi Koreya kimi münaqişəni dondursun.
 
"Kiyevə gələcəkdə nə qədər vəsait lazım olacağı hansı müharibəni aparacağından asılıdır. Müdafiə kampaniyası Rusiyanı böyük ərazilərdən qovmağa nisbətən ucuz başa gələcək.
 
Lakin Kremlin öz hərbi xərclərini artırdığını nəzərə alsaq, Ukraynaya gələcəkdə, ehtimal ki, ildə ən azı onun elə müttəfiqlərinin 2023-cü ilə ayırdığı 88 milyard avro lazım gələcək".
 
Nəşr qeyd edir ki, Ukrayna üçün daha çox pul almağın başlıca üsulu Qərbdə Rusiyanın dondurulan 300 milyard dollardan artıq aktivlərinin səfərbər edilməsidir
 
Bu ideyaya aktivlərin müsadirə edilməsi, onlardan Qərb ölkələrinin Kiyevə verəcəkləri  kreditlərə dəstək verilməsi və ya Kiyevə onların gətirdikləri faizlərin verilməsi daxildir.
 
Belə ki, əgər Qərb ölkələri on il ərzində aktivlər üzrə faizlərin ödənilməsinə zəmanət verərsə, onlar 30-40 milyard avro toplaya bilər. Lakin bu, kömək etsə də, vəziyyəti dəyişməyəcək, çünki Ukraynanın yarım ildən də az maliyyələşdirilməsinə inkan verəcək.
 
"Lakin Kiyev üçün 320 milyard dollar almaq tamam başqa məsələdir. Bu, müharibəni ən azı 2028-ci ilin sonunadək maliyyələşdirilməsinə imkan verəcək.
 
Əgər döyüşən tərəflər bu vaxtadək münaqişəyə son versələr və ya onu dondursalar, Ukrayna bu pulların bir hissəsini öz iqtisadiyyatının bərpası üçün istifadə edə biləcək, bu da Ümumdünya Bankının dəyərləndirməsinə görə Ukraynaya 486 milyard dollara başa gələcək".
Seçilən
80
50
Mənbələr
Şərh ()
Bağla