AZ

Restoranların"SERVİS HAQQI" təyin etməsi doğrudurmu?VİDEO

Kafe və restoranların bir çoxunda "servis haqqı" deyə bir anlayış var. Qiyməti isə ümumi hesabın 5, 10, 15, 20 faizi arası dəyişir.

Bəs, "Servis haqqı" adı ilə müştəridən pul tələb etmək qanunidirmi?

Xezerxeber.az-ın xəbərinə görə, hüquqşünas Şamil Paşayev deyir ki, Qanun qadağa eləmir, lakin mütləq istehlakçı öncədən bilməlidir ki, nə qədər "servis haqqı" verəcək. Bu, ya menyuda, ya masanın üzərində bir kağızda yazılmalı, ya da ofisiant müştəriyə öncədən deməlidir.

Vətəndaşların fikrincə xidmət haqqı könülllü olmalıdır.

Hüquqşünas deyir ki, inzibati Xətalar Məcəlləsinin 445-ci maddəsinə əsasən, qiymət intizamının pozulmasına görə səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə edilir.

İqtisadşı Xalid Kərimli isə hesab edir ki, restoranlar qiymətləri təyin etməkdə sərbəstdirlər:

Onun sölərinə görə, dünyanın hər yerində istehlakçıya yaxşı xidmət göstəriləndə, onsuz da, istehlakçı mütləq artıq pul verir. Ancaq zorla ondan menyuda öz əksini tapmayan əlavə "servis haqqı"nın tələb olunması qəti qadağandır.

Qeyd edilən hallarla əlaqədar istehlakçı hüququnuz pozularsa İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilərsiniz.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
83
4
Mənbələr
Şərh ()
Bağla

Reytinq