AZ

“Lufthansa” Tehrana uçuşların dayandırılması müddətini uzadıb

Almaniyanın ən böyük aviaşirkəti olan “Lufthansa” İranın paytaxtı Tehran şəhərinə uçuşların dayandırılması müddətini mayın 9-dək uzadıb.

“İki sahil” xəbər verir ki, bu barədə aviaşirkətin saytında yerləşdirilən məlumatda deyilir.

“Lufthansa” bundan əvvəl aprelin 30-dək Tehrana uçuşları dayandırmışdı. Bu qərar Yaxın Şərqdə vəziyyətin gərginləşməsi ilə əlaqədar qəbul edilib.

Seçilən
87
5
Mənbələr
Şərh ()
Bağla

Reytinq