AZ

Avtomobil bazarında durğunluq YAŞANIRVİDEO

Avtomobil bazarı yolunda uzun tıxac yaranıb, bazara giriş dayanıb.

Xezerxeber.az xəbər verir ki, görüntülər paytaxtın avtomobil bazarlarının  birinin girişində lentə alınıb.

Bazara satışa gətirilən avtomobillər çox olduğundan belə bir mənzərə yaranıb. Ekspertlər bu vəziyyətin bir aydan çoxdur ki, davam etdiyini deyirlər.

Təklif çox olsa da, alıcı yoxdur.

Ekspertin sözlərinə görə, avtomobil bazarında tam durğunluq yaşanır. Avtomobil qiymətləri artmasa da, nəzərəçarpacaq ucuzlaşma da yoxdur.

Sərxan Qədirov onu da bildirdi ki, taksilərlə bağlı qərar da bazara təsirsiz ötüşməyib. İstehsal ili 15 ildən artıq olan maşınlar kütləvi satışa çıxarılır.

 Bu isə digər avtomobillərin də bazarına təsir edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
46
9
Mənbələr
Şərh ()
Bağla