AZ

“COP29 - “Yaşıl maarifləndirmə”də medianın rolu” mövzusunda təlimlər keçilirFOTO

Medianın İnkişafı Agentliyi və ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə COP29 ideyalarının yerli auditoriyaya çatdırılmasında aktiv iştirak edəcək jurnalistlər üçün silsilə təlimlər çərçivəsində ilk təlim “COP29 - “Yaşıl maarifləndirmə”də medianın rolu” mövzusunda 29 aprel tarixində keçilmişdir.

“İki sahil” xəbər verir ki,  təlimin açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin Media dəstək layihələri, strateji planlaşdırma və informasiya texnologiyaları departamentinin direktoru Ləman İsgəndərova bildirib ki, müasir dövrdə ekoloji məsələlər və  onların həlli istiqamətində yerli və qlobal səviyyədə görülən tədbirlər, eyni zamanda iqlim dəyişiklikləri ilə mübarizəyə dair ideyaların ictimaiyyətə düzgün və effektiv çatdırılması xüsusi əhəmiyyət kəsb edir və hazırki təlimlər bunu hədəfləyir.

İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramlarının rəhbəri Nərgiz İsmayılova isə qeyd edib ki, COP29 tədbiri zamanı ölkə mediasının əsas rolu cəmiyyətin ekoloji problemlər haqqında məlumatlılığını artırmaq, fərdi və kollektiv fəaliyyətə təşviq etməkdir.

Təlim zamanı 2001-2010-cu illər arasında iqlim dəyişikliyi siyasətləri üzərində çalışmış, Türkiyəni UNFCCC COP-da müzakirəçi kimi, iqlim dəyişikliyi ilə bağlı müxtəlif beynəlxalq konfrans və tədbirlərdə, o cümlədən BMTİDÇS prosesində təmsil etmiş, beynəlxalq ekspert Ayşe Özge Kepenek Bozkırlıoğlu “İqlim Dəyişikliyinin Əsasları: Hava və İqlim”, “Əsas Terminologiyalar”, “İstixana qazları”, “Qlobal istiləşmə”, “İqlim dəyişikliyinin nəticələri”, “İqlim böhranına cavab vermək üçün qlobal siyasi səylərin icmalı”, “UNFCCC və Paris Sazişi”, “Son qlobal gündəm və danışıqlar yolları” adlı sessiyalarda çıxış edib.

ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutunun Enerji və Dayanıqlı İnkişaf Proqramının Baş Elmi İşçisi, təlimçi Əhməd Hümbətov tərəfindən media nümayəndələri ilə birgə “Bərpa olunan və olunmayan enerji”, “Enerji potensialı”, “Azərbaycanın enerji siyasəti” mövzuları ətraflı müzakirə olunub.

İnkişaf və Diplomatiya İnstitutunda enerji və ekoloji siyasət, yaşıl enerji və iqlim dəyişikliyi, davamlı inkişaf və su ehtiyatlarının idarə edilməsi üzrə ixtisaslaşmış Baş Elmi İşçi Həcər Hüseynova öz növbəsində “COP Danışıqları”, “Milli Müəyyən edilmiş Töhfələr”, “Milli Uyğunlaşma Planları” sessiyalarında çıxış edərək jurnalistlərlə geniş fikir mübadiləsi aparıb.

Seçilən
99
9
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
27149
2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
26547
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18150
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
17954
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14520
Sabah 20 dərəcə isti olacaq
9807
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
8975
May ayında Azərbaycana qar yağdı - VİDEO
8912
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8682
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8524
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7333
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7163
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
6983
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6965
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6640
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6550
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6493
Azərbaycan nefti ucuzlaşıb
6107
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
6081
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
5891