AZ

Rusiya: "Biz Donetsk vilayətindəki Semenovka qəsəbəsini nəzarətə götürdük"

Rusiya Müdafiə Nazirliyi Donetsk vilayətindəki Semenovka qəsəbəsini nəzarətə götürdüklərini açıqlayıb.

BiG.AZ xəbər verir ki, nazirlikdən verilən açıqlamada Rusiya hərbi qüvvələrinin Rusiya-Ukrayna müharibəsindəki fəaliyyətləri barədə məlumat verilib.

Açıqlamada Ukrayna ordusuna məxsus pilotsuz uçuş aparatlarının (PUA) yığıldığı mərkəz və son 24 saat ərzində 22 PUA vurulduğu bildirilib və bunlar qeyd edilib:

"Hərbi əməliyyat başlayandan indiyədək 593 təyyarə, 270 helikopter, 23 min 609 PUA , 509 hava hücumundan müdafiə raket sistemi, 15 min 880 tank və zirehli texnika, 1275 çoxlüləli reaktiv yaylım atəşi sistemi, 9 min 209 haubitsa və minaatan 387xüsusi hərbi maşın məhv edilib".


BiG.Az
Seçilən
38
49
Mənbələr
Şərh ()
Bağla