AZ

Ermənistana Zəngəzurdan qaz çəkiləcək: Son şərtlər açıqlandı

Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Cümşüd bəy, Qazaxıstanda Azərbaycanla Ermənistan arasında danışıqların davam etdirilməsi ilə bağlı qərar verilib. Sizcə, bu platformada aparılacaq danışıqlar sülh prosesinə necə təsir edəcək?

- Prezident İlham Əliyev də Almaniyada bildirdi ki, Qazaxıstan bu danışıqlarda vasitəçi deyil. Bundan öncə belə danışıqlar xarici işlər nazirləri səviyyəsində Almaniyada aparılmışdı. Bir platforma kimi Qazaxıstanda aparılacaq danışıqlar sülh prosesinin sürətləndirilməsinə xidmət edəcək. Yəqin ki, Qazaxıstan prezidenti İrəvanda səfərdə olarkən bu məsələni razılaşdırıb. Təbii ki, burada da hər iki tərəf öz maraqlarını müdafiə etməyə çalışacaq. Bütün hallarda həqiqətlər mübahisələr zamanı ortaya çıxır. Azərbaycan tərəfi tezliklə sülh müqaviləsinin bağlanmasında maraqlıdır. Bu əslində Ermənistan üçün daha vacibdir. Proseslər bu məcrada davam etsə, Ermənistan bir dövlət kimi çətin vəziyyətə düşə bilər.

- Sərhədlərin artıq 12 km-lik hissəsi delimitasiya olunduğu, prosesin davam etdiyi açıqlandı. Bu amil sülh prosesinə necə təsir göstərəcək?

- Hər iki ölkə arasında topoqrafik xəritələrlə yerdə delimitasiya keçirilir, demarkasiya aparılır. Bu birmənalı şəkildə tərəflərin razılığını ifadə edir. Çünki bu hər iki ölkəyə lazımdır. Proses bu şəkildə davam etsə, qəbul olunmuş inzibatı sərhədlər daxilində məsələlər aydınlaşacaq. Azərbaycan-Ermənistan sərhədlərinə sərhəd dirəkləri basdırılıbsa, burada artıq Dövlət Sərhəd Xidmətinin fəaliyyəti təmin olunub deməkdir. Bu da sözsüz ki, hər iki ölkənin təhlükəsizliyinə xidmət edən addımdır.

- Bakı ilə İrəvan arasında əldə edilən razılaşmalar fonunda Zəngəzur dəhlizi ətrafında nə kimi dəyişikliklərin olması gözlənilir? Qazaxıstanda dəhliz məsələsinin də masada olacağı iddia edilir?

- Zəngəzur dəhlizinin açılmasına Rusiya, Çin daha çox maraq göstərir. Ermənistan özü də burada maraqlı tərəf olmalıdır. Əgər, Ermənistan Azərbaycandan qaz almaq istəyirsə, bu Naxçıvan üzərindən mümkün ola bilər. Hazırda Azərbaycan Naxçıvana qazı, İran və Türkiyə üzərindən həyata keçirir. Ona görə də, təbii relyefə uyğun olaraq Azərbaycan Naxçıvan üzərindən İrəvana qaz verə bilər. Azərbaycan qazı Ermənistan üçün Rusiya qazından ucuz olacaq. Burada ötürmə məsafəsi amili var. Bundan başqa Ermənistan Zəngəzur dəhlizinin açılması fonunda tranzit xəttindən yaxşı gəlir əldə edəcək. Gələcəkdə isə Zəngəzurdan dəmir və avtomobil yolunun çəkilməsi üçün də şərait yaranacaq. Sözsüz ki, Zəngəzurdan çəkiləcək qaz xəttini də Ermənistan özü qorumalıdır.


Telegram kanalımız
Seçilən
44
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Azərbaycanda 22 yaşlı tələbəni öldürməkdə şübhəli bilinən şəxsin görüntüləri yayıldı
21295
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
17621
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
12680
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
7799
May ayında Azərbaycana qar yağdı - VİDEO
7602
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
6896
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6841
Sabah 20 dərəcə isti olacaq
6244
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
5935
Zaur Baxşəliyevin ailəsində xoş gün!
5732
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
5576
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
5515
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
5411
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
5237
Bu yol qovşağında təmir işləri aparılacaq
5170
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
4800
Azərbaycan nefti ucuzlaşıb
4646
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
4633
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
4570
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
4381