AZ

Təsəlli üçün övladına məzar daşı hazırladıb, içi isə boşdur -

Xəbər verdiyimiz kimi, Vətən müharibəsində itkin düşən 6 hərbçimizə şəhidlik statusu verilib.Metbuat.az “Qafqazinfo”ya istinadən xatırladır ki, onlardan biri Feyzullayev Aydın Zakir oğludur.Üç ildən çoxdur oğlundan xəbər ala bilməyən atası Zakir bəy təsəlli üçün övladına məzar daşı da hazırladıb, içi isə boşdur.Əsgər Feyzullayev 2020-ci ilin sentyabrda Suraxanı Səfərbərlik Xidməti tərəfindən təlimlərə çağırılıb. Döyüşlər başlayanda onları Horadizə aparıblar. Müharibənin ilk günləri ailəsiylə əlaqə saxlasa da, oktyabrın 1-dən ondan xəbər ala bilməyiblər.İtkin düşən MAXE-əsgər Mehdiyev Asim Yaqub oğlu 2001-ci il təvəllüddür. Məlumata görə, sonuncu dəfə oktyabrın 7-si Xocavənd istiqamətində döyüşlərdə iştirak edəndən sonra ailəsi ilə əlaqəsi kəsilib. Həmin tarixdən bu yana Asimdən xəbər yoxdur. Oğlunun yolunu gözləyən atası Yaqub bəy isə ötən il qəfil dünyasını dəyişib.Qədirli Elnur Rəcəb oğlu 1997-ci ildə İsmayıllının Diyallı kəndində anadan olub. Sentyabrın 29-da Vətən müharibəsinə yollanıb. Ailəsi sonuncu dəfə Elnurla oktyabrın 7-də əlaqə saxlayıb. Həmin tarixdən sonra Elnurdan xəbər yoxdur.
1996-cı il təvəllüdlü Salamov Qorxmaz Bayram oğlu Şəkinin Baş Göynük kəndindəndir. O, sonuncu dəfə ailəsi ilə oktyabrın 14-də əlaqə saxlayıb. Qorxmazın həmin vaxt Suqovuşan istiqamətində olduğu bildirilib. Lakin sonrada əsgərdən xəbər alınmayıb.1991-ci il təvəllüdlü Səfərli Xəqani İlqar oğlu Vətən müharibəsinə Bakının Xətai rayon Hərbi Komissarlığının çağırışı ilə gedib. O, sonuncu dəfə ailə üzvləri ilə oktyabrın 4-də əlaqə saxlayıb. Həmin tarixdən sonra yaxınları Xəqanidən xəbər ala bilmir. Leytenant Vəlizadə İbrahim Səməd oğlu 1998-ci ildə Naxçıvanın Şərur rayonunda anadan olub. Müharibədən əvvəl Şəmkirdə “N” saylı hərbi hissədə xidmət edib. Sonuncu dəfə ailəsi ilə sentyabrın 26-da əlaqə saxlayıb. Onun sonuncu dəfə Kəlbəcər istiqamətində döyüşlərdə iştirak etdiyi bildirilir.

Seçilən
64
7
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
26291
2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
26158
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18116
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
16256
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14357
Sabah 20 dərəcə isti olacaq
9600
May ayında Azərbaycana qar yağdı - VİDEO
8789
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8531
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8469
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
7812
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7183
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7143
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6960
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
6848
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6500
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6436
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6385
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
6004
Azərbaycan nefti ucuzlaşıb
5911
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
5809