AZ

Həbs edilən İvanovun profili Müdafiə Nazirliyinin saytında yoxa çıxıb

Departamentin rəsmi saytında vəzifəsindən uzaqlaşdırılan Rusiya müdafiə nazirinin müavini Timur İvanovun profili yoxa çıxıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, onun məlumatları artıq Müdafiə Nazirliyinin rəhbərliyi ilə tabda göstərilmir.

Bundan əvvəl həbs olunan İvanovun vəsiqəsi deputatların olduğu səhifədə mövcud idi.

...Agentlikdən məlum olduğu kimi, departamentin rəhbəri Sergey Şoyqu tabeliyində olan əməkdaşını vəzifəsindən kənarlaşdırıb.

Müdafiə Nazirliyində işlədiyi müddətdə İvanov həyat yoldaşı ilə birlikdə 1500 kvadratmetrlik ev və nadir “ZiS” avtomobili alıb.

Xatırladaq ki, Timur İvanov aprelin 23-də axşam saatlarında iş yerində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Müstəntiqlərin fikrincə, müdafiə nazirinin müavini cinayət əlaqəsinə girərək, mütəşəkkil dəstənin tərkibində hərbi idarənin ehtiyacları üçün podrat və subpodrat işlərindən əmlak mənfəəti əldə edib.

Hazırda o, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsi (“Xüsusilə külli miqdarda rüşvət alma”) ilə ittiham olunub.

Yeri gəlmişkən, Timur İvanov günahını hələ də etiraf etməyib.

Nazlı

Seçilən
17
Mənbələr
Şərh ()
Bağla