AZ

İstanbulun Taksim meydanında 1 May nümayişi qadağan edilib

Türkiyə hakimiyyəti İstanbulun mərkəzinəki Taksim meydanında 1 May nümayişini qadağan edib.

Azpost.info bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəhbəri Əli Yerlikaya məlumat verib.

Onun sözlərinə görə, bu günə kimi Əmək və Həmrəylik Günü münasibətilə ölkənin 55 vilayətində 103 aksiyanın keçirilməsi ilə bağlı müraciət edilib, onların hamısı təmin edilib: “İstisna 2023-cü ildə 17,5 milyon turist qəbul edən, ölkəmizin təhsil, mədəniyyət, incəsənət, ticarət və sənaye mərkəzi olan İstanbula aiddir”, – deyə nazir jurnalistlərə bildirib.

“Bir sıra həmkarlar ittifaqı Taksim meydanında kütləvi aksiyaların keçirilməsi üçün müraciət edib. Onlara bildirilib ki, Taksim mayın 1-də mitinq və yürüşlərin keçirilməsi üçün nəzərdə tutulan yerlər və marşrutlar arasında deyil”, – deyə Erlikaya qeyd edib.

O, əlavə edib ki, terror təşkilatları “son bir həftə ərzində sosial şəbəkələrdə Taksimdəki nümayişdə iştirak etməyə çağırıblar.

Seçilən
17
Mənbələr
Şərh ()
Bağla