AZ

“Ukraynanın qalib gəlməsi üçün hələ gec deyil”- STOLTENBERQ

NATO ölkələri Ukraynanın silahlandırılmasını öz prioritetlərinə çevirməlidirlər.

Azpost.info xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Kiyevdə çıxışı zamanı deyib.

O əlavə edib ki, Kiyevi sursat və hava hücumundan müdafiə sistemləri ilə təmin etmək barədə vədlər vermək kifayət deyil.

“Biz təcili ehtiyacları ödəmək üçün fəal şəkildə işləyirik. Açıq şəkildə bildirdim ki, əgər müttəfiqlər NATO standartlarına cavab verməklə Ukraynanı dəstəkləmək arasında seçim qarşısında qalırlarsa, o zaman Ukraynanı dəstəkləməyi seçməlidirlər”, – Baş katib bildirib.

Stoltenberq hesab edir ki, Ukraynanın qalib gəlməsi üçün hələ gec deyil. Lakin bunun üçün müttəfiqlər Kiyevi dəstəkləməklə bağlı bütün vədlərini yerinə yetirməlidirlər.

Azpost.info

 

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla

Reytinq