AZ

Sançes Milanda qalmayacaq

Aleksis Sançes “İnter”dən ayrılır. Milan klubu ilə İtaliya çempionluğu yaşayan hücumçu mövsüm bitən kimi azad agentə çevriləcək.

Futbolinfo.az xəbər verir ki, 35 yaşlı forvard komandada qalmaq istəyir. Amma klub rəhbərliyi kifayət qədər oyun vaxtı ala bilməyən çilili üçün böyük xərc çəkmək istəmir. Sançesə yüksək maaş verməkdənsə, daha faydalı gənc futbolçu axtarışı başlayıb.

Aleksis mövsümün əvvəlində Marsel “Olimpik”indən azad agent kimi gəlmişdi. Onun karyerasını bitirmək fikri yoxdur. Sançes MLS-dən və Səudiyyə Ərəbistanından gələn təkliflərdən birini dəyərləndirəcək.

Seçilən
19
Mənbələr
Şərh ()
Bağla