AZ

Xosep Qvardiola: “Qalan oyunlarda mütləq qalib gəlməliyik”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqanın 35-ci turunda “Nottingem Forest”lə səfər oyununu şərh edib.

Arena.az xəbər verir ki, ispan mütəxəssis “şəhərlilər”in 2:0 hesabı ilə qələbə qazandıqları oyundan sonra cari mövsümün Premyer Liqa çempionluğu uğrunda mübarizə haqda da danışıb:

“Əla oyun idi. “Arsenal”ın qalan oyunlarından birini uduzmasını istərdik, amma bu, bizdən asılı deyil. Dörd oyunumuz qalıb. “Arsenal”ın heç bir xal itirəcəklərini düşünmürəm. Ona görə də qalan oyunlarda mütləq özümüz qalib gəlməliyik”, deyə Xosep Qvardiola vurğulayıb.

Hazırda “Mançester Siti” 34 oyundan 79 xalla Premyer Liqanın yarış cədvəlində 2-ci pillədə qərarlaşıb. “Şəhərlilər” mümkün lider statusunu daşıyırlar. Premyer Liqanın zirvəsində 35 oyundan 80 xalla “Arsenal” şərti lider olaraq qərar tutub.

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla

Reytinq