AZ

Türkiyə NATO-nun yeni baş katibinə dəstək verəcəyini açıqladı

Türkiyə NATO-nun yeni baş katibi vəzifəsinə Hollandiyanın baş naziri Mark Ruttenin namizədliyini dəstəkləyəcəyini təşkilatın digər üzvlərinə çatdırdı.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə,Türkiyə NATO-nun yeni baş katibi postu üçün Rutteyə dəstək verəcəyini açıqlayıb.

M.Rutte keçən həftə İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşərək NATO Baş Katibliyinə dəstək istəməsindən sonra Türkiyə aprelin 29-da Rutteni dəstəkləyəcəyini NATO üzvlərinə elan edib.

R.T.Ərdoğan aprelin 26-da Türkiyəyə gəlmiş Hollandiya baş naziri Mark Rutte ilə Vahdettin Köşkündə təkbətək görüşmüşdü. Rutte birgə mətbuat konfransında bildirmişdi: “NATO-nun cənub qanadının Türkiyə və hökumətinə ehtiyacı var. Türkiyə həlledici rol oynayır, Qəzzada vəziyyət və eyni zamanda, Ukraynadakı dəhşətli müharibə ilə bağlı səylər göstərir”.

Seçilən
40
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq