AZ

AK-nın qonşuluq və genişlənmə danışıqları üzrə baş direktoru Cənubi Qafqaza gəlir

Avropa Komissiyasının qonşuluq və genişlənmə danışıqları üzrə baş direktoru Gert Yan Kupman 30 aprel - 4 may tarixlərində Cənubi Qafqaza səfər edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Kupman regional əməkdaşlığı müzakirə etmək üçün aprelin 30-dan mayın 4-dək Ermənistan, Gürcüstan və Azərbaycana səfər edəcək.

Aprelin 30-da o, İrəvanda Aİ-ABŞ-Ermənistan yüksək səviyyəli görüşündə iştirak edəcək.

Seçilən
17
4
Mənbələr
Şərh ()
Bağla