AZ

Avropa Qonşuluq Komissiyasının direktoru Cənubi Qafqaza gəlir

Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə baş direktoru Gert Yan Kupman Ermənistana və regionun digər ölkələrinə səfər edəcək.

Redaktor.az "Sputnik Armenia"ya istinadla xəbər verir ki, bu barədə, Avropa İttifaqının İrəvandakı nümayəndəliyinin mətbuat xidməti məlumat yayıb.

Kupman regional əməkdaşlığı müzakirə etmək üçün aprelin 30-dan mayın 4-dək Ermənistan, Gürcüstan və Azərbaycana səfər edəcək.

Aprelin 30-da Kupman Ermənistanda olacaq. Aİ-ABŞ-Ermənistan yüksək səviyyəli görüşündən sonra baş tutan səfər zamanı o, İrəvan və Brüssel arasında əməkdaşlığın gücləndirilməsi üçün növbəti addımları müzakirə edəcək.

Kupman Baş nazir Nikol Paşinyan, baş nazirin müavinləri Mher Qriqoryan və Tiqran Xaçatryan, həmçinin deputatlar, biznes və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək. Eyni zamanda, o, Almaniya və Aİ arasında kənd icmalarında enerji səmərəliliyinin artırılmasına yönəlmiş birgə proqramın başlandığını elan edəcək.

Xatırladaq ki, aprelin 5-də Brüsseldə Baş nazir Nikol Paşinyan və ABŞ dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyen arasında üçtərəfli görüş baş tutub. Aİ Ermənistana 270 milyon avro, ABŞ isə 65 milyon dollardan çox vəd edib.

T.İSMAYIL

Seçilən
7
34
Mənbələr
Şərh ()
Bağla

Reytinq