AZ

“Sabah” Gənclər Liqasının qalibi oldu

AFFA Gənclər Liqasının 31-ci turunda evdə “Kəpəz”i 5:0 hesabıyla məğlub edən “Sabah”ın U-19 komandası sona iki tur qalmış çempionluğu rəsmiləşdirib.

“Football-plus.az” xəbər verir ki, bununla da “Sabah” növbəti mövsümdə ölkəmizi UEFA Gənclər Liqasında təmsil edəcək. Qeyd edək ki, son 6 mövsümdə Gənclər Liqasının qalibi "Qəbələ" olurdu. “Sabah”ın U-19 komandasısının çalışdırıcısı Saşa Yunisoğlunun son uğurla bağlı fikirlərini öyrəndik:
“Əslində “Sabah”ın bu uğuru bir mövsümün uğuru  deyil, uzunmüddətli planın, ağır işin, peşəkar yanaşmanın, rəhbərliyin danılmaz dəstəyinin nəticəsidi. Hazırda “Sabah” Futbol Akademiyası Azərbaycanda ən güclü, səviyyəli və perspektivli akademiyalardan sayılır. Hər yaş qrupu liderlər sirasındadı. Milli komandaların müxtəlif yaş qruplarında “Sabah”ın futbolçuları çoxluq təşkil edir. Və bu o deməkdi ki, “Sabah” gənc klub olmasına baxmayaraq, bir neçə il öncə  düzgün yol seçib. “Sabah”ın tarixində bu çempionluq bir ilkdi. Bütün  “Sabah” ailəsini və “Sabah”sevərləri bu çempionluq münasibətilə təbrik edirəm. Demək olar ki, akademiyamızın hər yaş qrupunda çox perspektivli uşaqlar var. Adları çəkmək istəmirəm. Amma deyim ki, akademiya olaraq, ilk işimiz əsas komanda və Azərbaycan futbolu üçün yaxşı futbolçu yetişdirməkdi. Bunun üçün klub tərəfindən bütün şərait yaradılıb”.


ƏSƏD SEYİDOV
Seçilən
62
Mənbələr
Şərh ()
Bağla