AZ

Xanımı baş nazirin başına dərd açdı - Bir anda qalmaqalın mərkəzinə düşdü

İspaniya Baş naziri Pedro Sançes istefa verməyəcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, baş nazir həyat yoldaşı Beqonya Qomezlə bağlı yaranan qalmaqalın işinə təsir etməyəcəyini bildirib.

“Mümkünsə, baş nazir vəzifəsində daha çox səy göstərərək işi davam etdirmək qərarına gəldim. Hər şey fərqli olacaq”, - Sançes xalqa müraciətində deyib.

Aprelin 25-də Sançes vəzifəsində qalıb-qalmayacağı barədə düşünmək üçün vəzifələrinin icrasını dayandırmışdı. Baş nazirin bu qərarı məhkəmənin Beqonya Qomezə qarşı korrupsiya ittihamlarını araşdırması ilə bağlı olub. Beqoniya ərinin əlaqələrindən müəyyən biznes dairələrinin xeyrinə istifadə etməkdə ittiham edilir.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
63
Mənbələr
Şərh ()
Bağla

Reytinq