Həbsdə olan Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) verdiyi iddiasını geri götürərək, səhhətinə görə həbs cəzasının ləğvini və xaricə müalicəyə göndərilməsini tələb edib.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Gürcüstanın ədliyyə naziri Rati Breqadze brifinqdə məlumat verib.
“Saakaşvilinin vəkili aprelin 18-də yazdığı məktubda qeyd edir ki, Saakaşvilinin hazırkı səhhətinin həyatı üçün təhlükə yoxdur. Avropa Məhkəməsi Gürcüstan Ədliyyə Nazirliyindən mayın 10-dək bununla bağlı şərh verməsini istəyib. Biz artıq bu gün cavab göndərmişik, orada qeyd edirik ki, onun səhhətinin vəziyyəti həqiqətən həyatı üçün təhlükə yaratmayıb”, - Breqadze bildirib.
6 fevral 2023-cü ildə Tiflis Şəhər Məhkəməsi və martın 2-də Tiflis Apellyasiya Məhkəməsi keçmiş prezidentin səhhətinə görə həbs cəzasını təxirə salmaqdan imtina etdikdən sonra Saakaşvilinin vəkilləri AİHM-ə müraciət etmək qərarına gəliblər.
T.İSMAYIL