AZ

Toyuq ətinə tələbat kəskin artdı: bahalaşma olacaq?

Son illər Azərbaycanda toyuq ətinin qiymətində bahalaşma müşahidə olunur. Buna səbəb isə ölkədə toyuq ətinə tələbatın kəskin şəkildə artmasıdır. Bu ilin əvvəlində də ayrı-ayrı satış məntəqələrində bu məhsulun satışında müəyyən qədər bahalaşmaya rast gəlinib. Amma bu tendensiya hələ ki, geniş vüsət almayıb və topdansatış istehsal müəssisələrini əhatə etməyib.

Bəs, tələbatın artması quş əti məhsullarının qiymətini artıra bilərmi?

Milli.Az bildirir ki,  Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli İqtisadiyyat.az-a açıqlamasında toyuq ətinin qiyməti ilə bağlı öz proqnozlarını bölüşüb.

O, toyuq ətinin qiymətində hazırda hər hansı bir artımın olmadığını və olmayacağını söyləyib. Assosiasiya sədri buna səbəb kimi isə Azərbaycandan ət ixracının olmadığını göstərib.

M.Həsənli tələbatın artmasına baxmayaraq, hazırda kifayət qədər ət ehtiyatı normasının mövcudluğunu vurğulayıb:

"Azərbaycana ət idxalı əsasən Rusiya, Ukrayna və Belarusiyadan edilir. Onlar da daha çox kolbasa və sosiska üçün gələn ət idxalıdır. Digər idxal o qədər də yoxdur. Ölkə fabirklərində kifayət qədər istehsal var və hazırda da istehsal artmaqda davam edir. Əminliklə deyə bilərik ki, keçən ilə nisbətdə ətin qiyməti qalxmayıb".

Qeyd edək ki, cari ilin yanvar-mart aylarında quşçuluq müəssisələrində diri çəkidə 20,9 min ton quş əti istehsal olunub. Ötən ilin eyni dövründə isə bu rəqəm 23,5 min ton idi. Ümumilikdə, bu ilin üç ayında quşçuluq müəssisələri üzrə cəmi quşların sayı 10607,5 min baş olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
32
4
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
28017
2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
27000
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
19571
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18182
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14722
Sabah 20 dərəcə isti olacaq
10049
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
9929
May ayında Azərbaycana qar yağdı - VİDEO
8991
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8782
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8582
Azərbaycanlı məşhurun hər kəsdən gizlətdiyi gözəl qızı - VİDEO
8049
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7472
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7198
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
7114
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6965
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6733
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6634
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6574
Azərbaycan nefti ucuzlaşıb
6215
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
6204