AZ

Rüstəm Məmmədov: “Razılaşma gec olduğuna görə istədiyimiz transferləri edə bilmədik”

1-ci liqada 23-cü tura yekun vuruldu.“Zaqatala” evdə “İmişli”yə məğlub oldu - 1:2.

Bölgə təmsilçisi turnir cədvəlinin 6-cı pilləsində yer alıb. Bir müddət əvvəl komanda “Music Gallery” ilə anlaşaraq, sponsor problemini həll etdi. Bir neçə tur əvvəl tanınmış müğənnilərdən olan Aslıxanı stadiona dəvət edən bölgə təmsilçisi azarkeş sayını artırmağı bacarmışdı. Maraqlıdı, bəs komandada problem nədi?  Qarşıya hansı hədəf qoyulub? Bu suallrla “Zaqatala”nın baş məşqçisi Rüstəm Məmmədova müraciət etdik. O, son vaxtlar həm komandasının performansının düşmə səbəbini dilə gətirdi, həm də hədəflərindən danışdı.

- 23-cü turda səfərdə “İmişli”yə uduzduz. Məğlubiyyətə səbəb nə idi?
- “İmişli” yaxşı komandadı. Düzdü, bizdən üstün oldular. Həmin matçda deməzdim ki, oyun baxımından güclüydülər.

- “Zaqatala”nın cari mövsümün əvvəlindəki və indiki hədəfi?
- Mövsümün əvvəlində hədəfimiz ilk “beşlik”də olmaq idi. İndiki hədəfimiz isə 6-cı yeri qoruyub saxlamaqdı.

- Birinci liqada stadiona müğənni dəvət edən tək komandasız. Sonrakı oyunlarda bu amil azarkeş sayına təsir etdimi, nə dərəcədə effektiv oldu?
- Bəli, bir neçə dəfə stadionumuzda fərqli tədbirlər təşkil olundu. İndi də stadiona tamaşaçı cəlb etməsi üçün tədbirlər planı davam etdirilir. Hər oyunda azarkeş sayının artdığını görürük. “Şamaxı” ilə oyunda da müəyyən hazırlıqlar, maraq qatmaq üçün müxtəlif oyunlar nəzərdə tutmuşuq. Əsas məqsəd həm stadiona tamaşaçı cəlb etmək, həm də klubumuza dəstəyi artırmaqdı. Bu yöndə klub rəhbərliyi işini davam etdirir.

- “Zaqatala”nın  sponsor problemi, azarkeş məsələsi həll olundu. Bəs komanda niyə belə uğursuzluğa qərq olub?
- Düzdü, yeni sponsorlarımız oldu. Bu baxımdan irəliləyiş var. Amma onların razılaşması biraz gec olduğundan istədiyimiz transferləri edə bilmədik. Hansı futbolçularla mövsümə başlamışdıqsa, onlarla da davam edirik. Hazırda həm sponsorların, həm də klub rəhbərliyinin müəyyən maraqları var ki, klubun gələcəyi üçün bir çox dəyişikliklər etsinlər.

- Mövsümün sonuna qədər yuxarı pillələrə yüksəlmək sizin üçün nə dərəcədə real görünür?
- Sona 4 tur qalıb. Hamısında da prinsipial rəqiblərimizlə üz-üzə gələcəyik. Əsas hədəfimiz yerimizi qorumaqdı.

RÖYANƏ OĞUZ 

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla

Reytinq