AZ

Dünyanın ən yaşlı kralı taxt-tacdan əl çəkmir

Norveçin 87 yaşlı kralı V Harald uzun sürən xəstəlikdən sonra yenidən taxta oturub. 

News24.az lent.az-a istinadən bildirir ki, dünyanın ən yaşlı monarxı hesab edilən Harald Malayziyaya səfəri zamanı infeksiyaya yoluxduğu üçün xəstəxanaya yerləşdirilmişdi. Sonradan məlum olub ki, ona ürək ritmini kompensasiya etmək üçün kardiostimulyator yerləşdirilib. Bundan sonra monarx təxminən iki aya yaxın ictimaiyyət qarşısına çıxmayıb.

Harald bildirib ki, yaşına və səhhətinə baxmayaraq, taxt-tacdan əl çəkməyi və təqaüdə çıxmağı planlaşdırmır. O, bunu ömrünün sonunadək krallıq edəcəyinə dair and içməsi ilə izah edib.

Saray monarxın gələcək iş qrafikində dəyişikliklər ediləcəyini elan edib. Bundan sonra rəsmi tədbirlərdə daha az iştirak edəcək və onların sayı da azaldılacaq.

Harald bir dəfə xərçəng xəstəliyindən müalicə alıb və ürəyindən əməliyyat olunub.

Buna baxmayaraq, monarx aktiv həyat tərzi sürməyə davam edir. 2016-cı ildə Harald Ontario gölündə keçirilən Dünya Yelkənli İdman Çempionatında iştirak edib və hətta Sira yaxtasında gecələdiyi üçün “Dənizçi kral” ləqəbini alıb.

Qeyd edək ki, kral sərbəst hərəkət edə bilmir, o başqalrından və qoltuq ağacından dəstək alaraq yeriyir.


Seçilən
43
Mənbələr
Şərh ()
Bağla