AZ

Yens Stoltenberq "xəbərsiz-ətərsiz" Kiyevə gəlib..?

...NATO-nun baş katibi Yens Stoltenberq elan olunmamış səfərlə Kiyevə gəlib. Baş katibin Ukrayna prezidenti Vladimir Zelenski ilə birgə mətbuat konfransı Kiyevdəyayımlanır. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Stoltenberq və Zelenski jurnalistlərin suallarını cavablandırıb.

Bundan əvvəl NATO rəhbəri Qərb ölkələrinin Rusiya ilə Ukrayna arasında uzanan münaqişəyə hazır olduğunu bəyan edib.

Onun sözlərinə görə, Şimali Atlantika Alyansı ölkələri Kiyevə hərbi və humanitar səviyyədə kömək etmək yollarını axtarır.

Stoltenberq Ukraynaya uzunmüddətli perspektivdə daha da fəal kömək etmək üçün silah təchizatı məsələsində institusionalizmin vacib olduğunu vurğulayıb.

Bir gün əvvəl Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski döyüş bölgəsində çətin vəziyyətin qaldığını etiraf edib. Onun sözlərinə görə, Rusiya ordusu bir neçə istiqamətdə “taktiki uğurlar” əldə edib.

Nazlı

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla