AZ

Azərbaycan və BMT COP29 çərçivəsində yaşıl enerji keçidi üzrə fəaliyyəti müzakirə etdi

Bakı. Trend:

Azərbaycan və BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlığa dairfikir mübadiləsi aparılıb.

Trend-in EnergetikaNazirliyinə istinadən verdiyi məlumata görə, bu müzakirələr nazirPərviz Şahbazov ilə BMT-nin İnkişaf Proqramının Azərbaycandakırezident nümayəndəsinin səlahiyyətlərini icra edən AlessandraRokkasalvo arasında aparılıb.

Görüşdə Azərbaycan və BMTİP uzunmüddətli əməkdaşlıq əlaqələrininenerji sahəsində inkişafı “yaşıl enerji” texnologiyaları, enerjisəmərəliliyindən geniş istifadə, həmçinin BMT qurumun İqlimDəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyasına (COP29) sədrlik müstəvisində nəzərdən keçirilibvə əməkdaşlıq imkanları dəyərləndirilib.

Azərbaycanın hazırda bərpa olunan enerji mənbələrinin istehsalıvə ixracı, regional “yaşıl enerji” interkonnektorlarının qurulmasıüzrə həyata keçirdiyi layihələrin icra vəziyyəti, həmçinin enerjisəmərəliliyi sahəsində görülən tədbirlərdən bəhs edilib. Azadedilmiş ərazilərin enerji təminatının “yaşıl enerji zonası”konsepsiyasına əsaslandığı, burada istehsal olunan enerjinin daxiliistehlakla bərabər ixraca yönəldilməsi ilə bağlı planları qeydolunub.

Söhbət zamanı bələdiyyə, ictimai binalar, məktəblərdə enerjisəmərəliliyi aspektində tədbirlərin görülməsi, yeni yaradılmış“Enerji Effektivliyi Fondu”nun fəaliyyəti, bərpa olunan enerjidənistifadə etməklə mərkəzləşdirilmiş istilik təchizatının qurulması,həmçinin “Elektromobillik üzrə Milli Plan”ın hazırlanması və həyatakeçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Ölkənin bərpa olunan enerjinin inkişafı istiqamətində həyatakeçirdiyi kurs təqdir edilib və BMT-nin inkişaf Proqramının müvafiqistiqamətlərdə əməkdaşlığa hazır olduğu bildirilib.

Məqalədə:
Seçilən
37
7
Mənbələr
Şərh ()
Bağla