AZ

Adil Əliyev Doğan Xalisdəmiri qəbul edib

Şəhid Ömər Xalidəmirin qardaşı Azərbaycanda səfəri davam edir.

Herbiand.az xəbər verir ki,  Doğan Xalisdəmiri Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin sədr müavini Adil Əliyev qəbul edib.

Görüşdə Doğan Özdəmir, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli, İctimai Birliyinin Türkiyə üzrə nümayəndəsi Tacəddin Hüseynquluzadə iştirak edib.

 Görüş zamanı Adil Əliyev Türkiyə-Azərbaycan qardaşlığınından söz açıb:

“Bu gün Türkiyə-Azərbaycan qardaşlığı bütün istiqamətlərdə ali rəhbərlik tərəfindən qorunur və davam etdirilir. 44 günlük vətən müharibəsi zamanı Türkiyənin bizə mənəvi dəstəyi, dünya arenasında Azərbaycanın yanında olmağı bu qardaşlığın təzahürüdür. 2016-cı ildə Qardaş Türkiyədə xaincəsinə baş tutan dövlət çevrilişinin qarşısı Ömər Xalisdəmir kimi igid övladlarımızın qətiyyətli mübarizəsi nəticəsində alındı”.

Ömər Xalisdəmirin qardaşı Doğan Xalisdəmir qardaş  Azərbaycanın Qarabağ müharibəsində qalibiyyətdən məmnun olduğunu bildirdi.

“Sizi qələbə münasibətilə təbrik edirəm. Can Azərbaycan artıq öz ərazi bütövlüyünü təmin edib. Bu sevinc həm də Türkiyənin sevincidir. Allah bütün şəhidlərə rəhmət eləsin. Azərbaycanda da şəhidlər unudulmur və  şəhid ailələri hər zaman dövlətin  diqqət mərkəzindədir. Şəhidlərin adları əbədiləşdirilir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan göstərişi ilə qardaşımın adı da əbədiləşdirilib. Ömərin adına park, küçə, universitet var”.

Doğan Xalisdemir qonaqpərvərliyə, diqqət və qayğıya, görə Adil Əliyevə təşəkkür etdi.

Sonda xatirə şəkli çəkildi.

Emin ŞİRVANZADƏ



Seçilən
58
Mənbələr
Şərh ()
Bağla

Reytinq