AZ

“Azərbaycan mərkəzi cazibə məkanı kimi ümumtürk inteqrasiyasında mühüm rol oynayır” - DEPUTAT ŞƏRH ETDİ

“Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasındakı bu günkü dostluq və qardaşlıq münasibətləri xalqlarımız arasında tarixi- mədəni birliyimizi əks etdirir. Bu coğrafiyada yerləşən xalqların ortaq soykökünə və tarixi birlik ənənələrinə söykənərək inkişaf edən dövlətlər arası münasibətlər əsrlər ərzində davam edən və möhkəmlənən mənəvi təmələ malikdir. Hazırda mövcud müstəqil dövlətləri geosiyasi baxımdan vahid bir türk regionunu təşkil edir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

Onun sözlərinə görə, müasir şərtlər daxilində Avrasiyada qarşılıqlı münasibətlərin formalaşması prosesində türk dövlətlərinin öz aralarındakı əlaqələrin daha da möhkəmləndirilməsinə zərurət yaranır: “Ona görə də iqtisadi-ticari və mədəni- humanitar əlaqələrin intensivləşdirilməsi hər bir türk dövlətinin siyasətində prioritet istiqamətə çevrilməməkdədir. Son bir neçə ildə Azərbaycan- Qırğızstan münasibətlərinin də sürətli yaxınlaşması müşahidə olunur. Qırğızstan prezidenti Sadır Caparovun ölkəmizə rəsmi səfəri çərçivəsində imzalanan sənədlərin sayı və məzmunu da bunu göstərir”.

Deputat sözlərinə davam edərək bildirib ki, hər iki ölkənin birlikdə təsis etdiyi İnvestisiya Fondunun məbləğinin 25 milyondan 100 milyona qaldırılması, iqtisadiyyatın müxtəlif sahələrində qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılması tezliklə öz nəticələrini göstərəcək: “Bütün bunlarla yanaşı Azərbaycan və Qırğızstan arasında münasibətlərin dərinləşməsi sadəcə iki ölkənin maraqlarını əhatə etmir. Bu həm də ikitərəfli əsasda ümumtürk inteqrasiyasına verilən böyük töhfə kimi dəyərləndirilməlidir. Azərbaycan Xəzər dənizi vasitəsilə bütün Mərkəzi Asiya türk dövlətlərini Türkiyəyə birləşdirən mərkəzi cazibə məkanı kimi ümumtürk inteqrasiyasında mühüm rol oynayır. Yaxın gələcəkdə Zəngəzur dəhlizinin açılacağı halda bütün türk dövlətləri quru sərhədləri vasitəsilə bir- birinə bağlanmış olacaq. Bu bütün tür dünyasının ən ümdə arzusudur”.

Ləman Sərraf

Seçilən
4
Mənbələr
Şərh ()
Bağla