AZ

Bəzi şəxslərin Rusiyada siyasi sığınacaq alması onların Ermənistana ekstradisiyasını çətinləşdirir - Erməni baş prokuror

Bakı. Trend:

Ermənistan bəzi şəxslərin Rusiyadan ekstradisiyasına nail olmağaçalışır, lakin onlar orada siyasi sığınacaq istəyib.

Trend xəbərverir ki, bu barədə Ermənistanın baş prokuroru Anna Vardapetyanparlamentin profil komissiyasının iclasında deyib.

Baş prokurorun sözlərinə görə, bu şəxslərin siyasi sığınacaqistəməsi onların Ermənistana ekstradisiyasında problem yaradır.

Qeyd edək ki, hazırda Ermənistanın keçmiş müdafiə naziri,silahlı qüvvələrin keçmiş Baş qərargah rəisi, general-polkovnikMikael Arutyunyan, keçmiş baş prokuror Gevorq Kostanyan, keçmiş başməhkəmə icraçısı Miqran Poqosyan və bir sıra keçmiş məmurlar Rusiyaərazisindədir. Ermənistanda onlara qarşı cinayət işləri açılıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Məqalədə:
Seçilən
12
Mənbələr
Şərh ()
Bağla