AZ

"Mançester Siti" üçün ciddi itki

Aprelin 28-də "Mançester Siti" Premyer Liqanın 35-ci turu çərçivəsində səfərdə "Nottingem Forest"i məğlub edib - 2:0.

Offsideplus.az xəbər verir ki, oyun irəlilədikcə “Mançester Siti” itki ilə üzləşdi. Birinci hissədə qapıçı Ederson “Nottingem”in hücumçusu Villi Boli ilə toqquşdu və çiynindən zədə alıb. Fasilədə onu Stefan Orteqa əvəz etdi və Ederson sapandla stadionu tərk etdi.

Edersonun mövsümün qalan hissəsini buraxmaq ehtimalı var. Pep Qvardiolanın komandasının 5 oyunu qalıb: 1 - FA Kubokunda (25 mayda "Mançester Yunayted"lə), 4 - Premyer Liqada (4 may "Vulverhempton"la, 11 mayda "Fulhem"lə, 14 mayda "Tottenhem"lə, mayın 19-da Vest Hemə qarşı).

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla