AZ

Tanınmış futbolçu “İnter”dən ayrılır

Tanınmış

Bakı, 29 aprel, AZƏRTAC

İtaliyanın “İnter” komandasının aparıcı futbolçularından biri mövsümün sonunda komandadan ayrılacaq.

AZƏRTAC xəbər verir ki, çilili hücumçu Aleksis Sançes Milan təmsilçisini tərk edəcək. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Onun sözlərinə görə, 36 yaşlı oyunçu ilə yayda başa çatacaq müqavilə yenilənməyəcək.

Qeyd edək ki, Aleksis Sançes İtaliya nəhənginin heyətində iki dəfə İtaliya çempionu, ölkə kuboku və Superkubokunun qalibi olub.

 

Seçilən
42
3
Mənbələr
Şərh ()
Bağla