AZ

“COP29-u əvvəlkilərdən fərqləndirən xüsusiyyət  bundan ibarətdir ki...”

COP29-la bağlı Azərbaycan- ABŞ əməkdaşlığı Azərbaycanın COP29-a ev sahibliyi edəcəyi ilə bağlı rəsmi qərar qəbul olunduğu andan başlayıb.

Bu sözləri Herbiand.az-a “Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək”  İctimai Birliyinin sədri Taleh Əliyev bildirib. O, həmçinin qeyd edib ki,  ABŞ rəsmilərinin, xüsusilə də aidiyyəti sahə üzrə olan rəsmi şəxsləri ilə Azərbaycanın COP 29 komandası arasında davamlı görüşlərin keçirilməsi və bu istiqamətdə gərəkən hazırlıqların yüksək səviyyədə təşkil olunması  əməkdaşlığın göstəricisidir:

“ COP-29-un Azərbaycanda keçiriləcəyi ilə bağlı qərar qəbul olunundan sonra ABŞ  Enerji Departamenti  və İqlim dəyişikliyi üzrə  xüsusi nümayəndəliyi ilə görüşlər keçirilib. Xüsusilə də Amerika Dövlət Departamentinin İqlim Dəyişikliyi üzrə müşavirliyi ilə Azərbaycanın COP29 üzrə komandası arasında görüşlərin keçirilməsi COP29-un daha da effektiv olmasına hesablanıb. Bununla yanaşı, bu il ABŞ-nin dövlət katibi ilə Azərbaycan prezidenti bütün telefon danışıqlarında  COP29-la bağlı  Amerika- Azərbaycan münasibətlərinin inkişaf dinamikasını müzakirə və təhlil edib, qarşılıqlı formada tərəflər bir-birini bu proses barəsində məlumatlandırıb”.

Ekspert hesab edir ki, COP29-da qarşıda qoyulan qlobal məsələlər, COP28-də əldə edilmiş nailiyyətlərin, xüsusilə, sonuncu Dubay görüşündə razılaşdırılmış vacib qərarların  gündəmdə saxlanılmasının davamıdır. Onun sözlərinə görə, COP29-u əvvəlkilərdən fərqləndirən xüsusiyyət  bundan ibarətdir ki, bu il müəyyən edilmiş töhfələr sənədin qəbul edilməsi gözlənilir:

“Yekun olaraq ilk dəfə bu il COP-larla bağlı illik şəffaflıq hesabatının hazırlanıb qəbul edilməsi kimi bir öhdəlik də var. Bu ilin dekabr ayında üzv dövlətlər tərəfindən  ilk belə hesabatın açıqlanması gözlənilir.  Bu baxımdan COP29 təşkili və qarşısında duran vəzifələr dövlətimiz üçün tarixi bir missiya kimi çox vacib tədbir olaraq qəbul edilir. Bu həm də   Azərbaycan-ABŞ münasibətlərinə müsbət təsir edir. Hesab edirəm ki, COP29 yekunlaşacağı ana qədər də bu əməkdaşlıq yüksələn xətt üzrə davam edəcəkdir”.

Emin ŞİRVANZADƏ

Seçilən
83
50
Mənbələr
Şərh ()
Bağla