AZ

“İndi Avropa Liqasında uğur qazanmaq əsas hədəfimizdir” – Can Pyero Qasperini

İtaliya A Seriyasının 34-cü turunda “Empoli” üzərində qələbə qazanan (2:0) “Atalanta”nın baş məşqçisi Can Pyero Qasperini ev oyunundan sonra açıqlama verib.

7Times.az -ın məlumatına görə, “Football Italia” onun dediklərini belə çatdırıb:

“Oyunun nəticəsi ümumilikdə bizim üçün əlverişlidir. Mümkün qədər çox xal toplasaq, turnir cədvəlindəki mövqeyimiz xeyli dəyişə bilər.

İndi Avropa Liqasında uğur qazanmaq bizim əsas hədəfimizdir. Diqqətli olmalıyıq, çünki “Olimpik Marsel” güclü komandadır.

Hücumda vəziyyəti dəyişə biləcək çox sayda oyunçumuz var. Ona görə də bu gün heyətdə rotasiya etdik. Cümə axşamı yarımfinal matçına çıxacağıq. “Marsel”ə qarşı keçirəcəyimiz hər iki qarşılaşma vacibdir, amma birincisi bir qədər daha önəmlidir”.

Fanat.Az

Seçilən
16
Mənbələr
Şərh ()
Bağla