AZ

Çatdırılan hərbi yardımlar Ukrayna üçün yetərli deyil - Zelenski

Bakı. Trend:

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-nin hərbi yardımınınartıq ölkəyə daxil olmağa başladığını deyib.

Trend xəbərverir ki, Zelenski bu barədə Kiyevdə səfərdə olan NATO baş katibiYens Stoltenberq ilə birgə mətbuat konfransında deyib.

"Müəyyən şeylər daxil olmağa başlayıb, bunların konkret nələrolduğunu təfərrüatı ilə deməyəcəyəm. Əfsuslar olsun ki, bunlarordumuzu tamamlamaq və müvafiq sayda briqadanı komplektləşdirməküçün yetərli deyil", - o deyib.

Zelenski həmçinin, təhlükəsizlik təminatlarına dair sazişlərinUkraynanın ABŞ və saziş imzaladığı digər ölkələrdən dəstəkgözlədiyi zamanda çox kömək və Ukraynanın hava hücumundan müdafiəsisteminin gücləndirilməsinə yardım etdiyini bildirib.

Qeyd edək ki, aprelin 29-da NATO baş katibi Yens StoltenberqKiyevə gözlənilməz səfər edib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Məqalədə:
Seçilən
36
Mənbələr
Şərh ()
Bağla