AZ

Ermənistandakı etiraz aksiyaları Rusiyanın sifarişidir, yoxsa…? – Politoloq ŞƏRH EDİR

Ermənistanda aksiyalar, etirazlar baş verirsə, heç şübhəsiz ki, burada pərdəarxası idarəedici qüvvələr mövcuddur. Aydın məsələdir ki, bu gün Ermənistanda Rusiyanın “5-ci kalon” adlandırılmış qüvvələri var. Hansı ki, bu qüvvələr sosial mediada, sosial şəbəkələrdə, ordu daxilində, təhsil sektorunda və digər yerlərdə mövcuddur. Amma əvvəlki illərə baxanda, bir o qədər güclü deyillər. Yəni, hətta mövcud aksiyaların Kremlin sifarişi ilə baş verdiyini demək olar.

Bu fikirləri 4 kəndin qaytarılması və delimitasiya prosesləri fonunda hazırda Ermənistanda baş verən prosesləri, etiraz aksiyalarını dəyərləndirən politoloq Turan Rzayev İnterpress.az-a açıqlamasında səsləndirib.

“Baş verənləri Paşinyan hakimiyyətinə qarşı bir təzyiq kimi də qiymətləndirmək olar. Amma hazırkı proseslər 30 ildir Ermənistanda davam edən, 30 ildir hakim olan ideologiyanın dəyişməsi ilə bağlıdır. Yəni, diqqət etsəniz, etirazlar daha çox Tavuşda və belə şəhər ətrafı ərazilərdədir. Burada yaşayanlar da intellektual və savad vaxımından daha aşağı səviyyədədirlər. Onlar 30 il əvvəlin “Böyük Ermənistan” xülyası ilə yaşayan insanlardır. Bu aksiyaları haradasa bu baxımdan qiymətləndirmək lazımdır.

Digər tərəfdən bir məqam da var ki, bəli, Qarabağ itirəndə, yəni Azərbaycan torpaqlarımızı işğaldan azad edəndə ermənilər o qədər reaksiya vermədilər. Çünki onlar anlayırdılar ki, Qarabağı geri alacağıq,  yaxşı bilirdilər ki, bu ərazi onların deyil, Azərbaycana məxsus ərazilərdir.

Bunun ən real sübutu hələ də təmizləməyə çalışdığımız minalanmış ərazilər, dağıdılmış şəhərlər və xüsusilə, 30 il ərzində bir mismar belə vurub təmir etmədikləri bu ərazilərimizdir. Yəni onlar ancaq buranı istismar etdilər, dağıtdılar, torpaq onların olsaydı, burada qalardılar”, – Turan Rzayev bildirib.

Politoloq hesab edir ki, baş verənləri Nikol Paşinyan xalqına nisbətən daha yaxşı anlayır və ağıllı addımlar atmağa çalışır.

“İndi ermənilər düşünürlər ki, onlara görə qaytarılan kəndlər Ermənistanın beynəlxalq hüquqla tanınan əraziləridir, yəni torpaqların verilməsi kimi qiymətləndirirlər. Amma bu da doğru deyil.

Məsələn, Qazaxın 4 kəndi bizə qaytarıldı. Bu kəndlər 1-ci Qarabağ müharibəsi dövründə işgal olunmuş ərazilərdir. Beynəlxalq hüquqla Azərbaycan əraziləridir.

İndiki məqamda Ermənistan hakimiyyəti ilə xalqın bilgisi arasında bu məsələdə fikir ayrılıqları var. Amma Ermənistan baş naziri Nikol Paşinyan da başa düşür ki, bu əraziləri qaytarmasa, Azərbaycan Ermənistana qarşı daha fərqli təzyiq vasitələrini əl ata bilər.

Unutmamaq lazımdır ki, müxtəlif dövrlərə aid xəritələr var və bu xəritələrin icrası fonunda Ermənistan yeni ərazi itkilərinə  məruz qala bilər. Yəni prosesin 1991-ci il Alma -Ata bəyannaməsi əsasında tənzimlənməsi, əslində, Ermənistan üçün məqbul olmalıdır və bunu qəbul etməlidirlər”, – politoloq bildirib.

Xuraman Etibarlı 

İnterpress.az

Seçilən
38
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Azərbaycanda 22 yaşlı tələbəni öldürməkdə şübhəli bilinən şəxsin görüntüləri yayıldı
18366
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
17607
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
12654
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
7764
May ayında Azərbaycana qar yağdı - VİDEO
7574
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
6894
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6838
Sabah 20 dərəcə isti olacaq
6136
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
5817
Zaur Baxşəliyevin ailəsində xoş gün!
5699
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
5555
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
5502
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
5402
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
5207
Bu yol qovşağında təmir işləri aparılacaq
5161
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
4751
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
4598
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
4524
Azərbaycan nefti ucuzlaşıb
4478
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
4299