AZ

Baş prokuror TİHEK-in rəhbəri ilə görüşüb (FOTO)

Bakı. Trend:

Aprelin 29-da Baş prokuror ölkəmizdə səfərdə olan Türkiyə İnsanHüquqları və Bərabərlik Qurumunun sədri Muharrem Kılıçın rəhbərliketdiyi nümayəndə heyəti ilə görüşüb.

Trend xəbər verir ki, Kamran Əliyev qonağı salamlayaraq,ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinininkişafının dövlət başçıları cənab İlham Əliyev və cənab RəcəbTayyib Ərdoğanın birgə səyləri nəticəsində ən yüksək müttəfiqliksəviyyəsinə yüksəldiyini qeyd edib.

Baş prokuror Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevinrəhbərliyi altında 44 günlük Vətən müharibəsi və ondan sonrakıproseslərdə Türkiyə dövlətinin və xalqının siyasi və mənəvidəstəyinə görə təşəkkürünü ifadə edib. Kamran Əliyev ölkərəhbərliyinin diqqət və qayğısı nəticəsində işğal dövründəermənilərin xalqımızın tarixi, dini və mədəni abidələrinə qarşıtörətdikləri vəhşiliklərin və onların fəsadlarının aradanqaldırılması istiqamətində Qarabağda aparılan sürətliquruculuq-bərpa işləri barədə qonağa məlumat verib.

Kamran Əliyev qonaqlara ölkəmizdə həyata keçirilən hüquqislahatları çərçivəsində prokurorluq orqanlarının fəaliyyətininmüasirləşdirilməsi istiqamətində aparılan köklü islahatlar barədəməlumat verib.

Səmimi qəbula görə öz təşəkkürünü bildirən Muharrem Kılıçölkələrimiz arasında hüquqi sahədə əlaqələrin yüksək səviyyədəinkişaf etməsi və səmərəli əməkdaşlığın həyata keçirildiyibildirib.

Görüş zamanı tərəflər insan hüquq və azadlıqlarının müdafiəsi iləbağlı mühüm əhəmiyyət kəsb edən məsələləri müzakirə edərək, birgəəməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparıblar.

Baş
Baş
Baş
Baş
Seçilən
40
12
Mənbələr
Şərh ()
Bağla