AZ

“Kəlbəcərdəki su elektrik stansiyaları enerji potensialını yüksələcək” - EKSPERT

Xəbər verdiyimiz kimi bu il Kəlbəcərdə daha 4 SES istismara veriləcək. Bu su elektrik stansiyaları yaşıl enerjiyə keçidin sürətləndirilməsi, atmosferə atılan karbon qazının miqdarının azaldılması, təbii qaza qənaət edilməsi, ekoloji cəhətdən təmiz enerji istehsal edilməsi üçün atılmış addımdır.

Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən enerji məsələləri üzrə ekspert İlham Şaban bildirib ki, Kəlbəcərdə istifadəyə verilən kiçik su elektrik stansiyaları ümumlikdə götürsək, Azərbaycanın yaşıl enerji konsepsiyasının bir hissəsidir: “İndiyə qədər Azərbaycanın elektrik enerjisinin istehsalı təqribən ən azı 94 faizi təbii qazın yandırılması ilə həyata keçirilirdi. Ölkəmizin artıq özünün yaşıl konsepsiyası günəş, külək elektrik stansiyalarının istifadəyə verilməsi və üçüncü seqment olan su enerjisindən daha səmərəli istifadə etməkdir. Su enerjisinin istehsalı üçün isə əsasən dağ çaylarından istifadə olunur. Bu da 2020-ci ilin zəfərindən sonra Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə mövcud olan elektrik stansiyalarının bərbası ilə mümkün oldu. 2021-2023-cü illər ərzində 20 kiçik su elektrik stansiyası artıq işğaldan azad edilmiş ərazilərdə həyata vəsiqə qazanıb və onlardan elektrik alınır”.

Ekspert bildirib ki, Kəlbəcərdə olan SES-lərin 2024-cü ildə daha da artırılması planlaşıdırılır: “Ümumilikdə isə bu ilin sonuna qədər Azərbaycanda 12 kiçik su elektrik stansiyası istifadəyə verilməlidir. 2025-ci ilə qədər Azərbaycan Energetika Nazirliyinin proqnozuna görə, işğaldan azad edilmiş ərazilərdə ancaq su enerjisini elektrik enerjisinə çevirməklə bir ildə 750 milyon kilovat/saat enerjisi istehsal etmək mümkün olacaq. Belə ki, işğaldan azad edilmiş ərazilərə Azərbaycanın digər yerlərindən elektrik verilmir. Yəni bu ərazilər özü-özünü elektriklə təmin edir. Hətta bu ilin sonunda işğaldan azad edilmiş bölgələrdən əldə edilən elektrik enerjisi Azərbaycanın digər bölgələrinin təminatı üçün istifadə olunacaq. Bu baxımdan da orada cari ildə daha iri elektrik stansiyaları, alternativ enerji mənbələrinin işə salınması ilə ölkənin elektrik enerjisi potensialı dəfələrlə yüksələcək”.

Məhəbbət Tərlanoğlu

Seçilən
9
Mənbələr
Şərh ()
Bağla