AZ

Başkənd qalmaqalı: Dediklərimə cavabdehəm! - Deputat

Məsuliyyətli bir insan və alim kimi öz yazdıqlarıma, dediklərimə cavabdehəm.

Bu sözləri Axar.az-a İctimai TV-də yayımlanan “Xəbər Yekun” proqramında səsləndirdiyi fikirlər haqqında danışan millət vəkili, professor Anar İsgəndərov deyib.

Professor fikirlərinin yanlış anlaşıldığını bildirib:

“Başkənd tarixi Azərbaycan torpağıdır, bura necə anklav ola bilər? İctimai TV-də də bunun tarixi haqqında danışmışam. 1783-cü ildə Kartli-Kaxetiya hökmdarı II İrakli Çar Rusiyası ilə Georgievsk müqaviləsi imzalayıb. 1801-ci ildə indiki Gürcüstan ərazisi Rusiya tərəfindən işğal olundu. Eyni ildə 1801-ci ildə Qazax, Şəmşədil və Borçalı sultanlıqlarının zəbt olunması ilə Azərbaycanın Çar Rusiyası tərəfindən işğalına başlandı. Bəs Qazax-Şəmşədil haranı əhatə edirdi? Qazax-Şəmşədilə Qazax, Ağstafa, Şəmkir, Zəyəm, Gədəbəy, İcevan və Dilican torpaqları daxil idi. Bu torpaqlar da Gürcüstan ərazisi işğal ediləndə Çar Rusiyasının tərkibinə qatıldı. Məni Qazax və Gədəbəyi tanımamaqda ittiham edirlər. Ancaq mən Başkəndə Qazax ərazisi deməmişəm, tarixdən danışmışam. Yəni tarixi faktlar da Başkəndin Azərbaycan torpağı olduğunu sübut edir. Biz nə üçün onu Ermənistana verməliyik? Ermənilərin buraya köçürüldüyü, gəlmə olduğu, onları buraya kimin gətirməsi də məlumdur. Çar Rusiyasına etnik dayaq lazım idi, bunun üçün də ən əlverişli olanlar ermənilər idi. Mən həmin proqramda çıxışımda sual vermişəm ki, əgər erməni burada var idisə, nə üçün 1828-ci il martın 21-də Naxçıvan və İrəvan xanlıqları ərazisində “erməni vilayəti” yaradıldı? Deməli, erməni əvvəl burda olmadığı üçün, erməni vilayəti də olmayıb. Sonra da İrəvan quberniyası yaradıldı. Bütün bunlar tarixi faktlardır. Ermənilərin özləri də bu tarixi faktlardan qorxurlar. Bu tarixi hadisələr Çar Rusiyası və erməni yazılı mənbələrində də var. Dediklərim də bundan ibarət olub”.

Qeyd edək ki, İTV-də yayımlanan “Xəbər Yekun” proqramında politoloq Rasim Musabəyovun Başkəndin heç bir strateji əhəmiyyəti olmadığı haqda sözləri, eləcə də həmin verilişdə danışan professor Anar İsgəndərovun da fikirləri ictimai müzakirələrə səbəb olub.

Seçilən
11
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
26458
2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
26225
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18126
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
16581
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14374
Sabah 20 dərəcə isti olacaq
9634
May ayında Azərbaycana qar yağdı - VİDEO
8814
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8555
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8481
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
8055
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7203
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7143
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6960
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
6857
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6521
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6439
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6423
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
6019
Azərbaycan nefti ucuzlaşıb
5972
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
5835