AZ

"Məşqlərin nəticəsini gördüyümüzə görə çox şadam" - 27 yaşlı Avropa çempionu

Arzum həyata keçdi.

 

Modern.az xəbər verir ki, bunu şahmatçımız Ülviyyə Fətəliyeva Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə Yunanıstanın Rodos şəhərində keçirilən Avropa çempionatının qalibi olması barədə danışarkən deyib.

 

27 yaşlı qrossmeyster oyunun çox gərgin keçidiyni bildirib: “İnanın, sevincimi sözlə izah etməkdə çətinlik çəkirəm. Çox sevinirəm. Məşqlərin nəticəsini gördüyümüzə görə çox şadam. Qitə çempionatı zamanı mənə dəstək olan bütün insanlara təşəkkür etmək istərdim. Avropa çempionatı çox gərgin keçdi. Həyəcansız oyunlar olmadı, hər tur müəyyən qədər həyəcan hiss olunurdu”.

Seçilən
4
5
Mənbələr
Şərh ()
Bağla