AZ

"Nədən Putin nüvə silahını tətbiq etməyəcək?" - Polşa XİN rəhbəri

 
"Generallar seçim etməli olacaq: ya əmri icra edib hərbi cinayətkarlara çevriləcək, ya da Putindən xilas olacaq..."
 
"Rusiya Polşaya indi hücum etsə uduzacaq, çünki Qərb Rusiyadan xeyli güclüdür və biz təkbaşına döyüşməyəcəyik..."
 
Polşa xarici işlər naziri Radoslav Sikorski Putinin nüvə silahını tətbiq etməyə hazırlaşdığının hər-hansı gerçək əlamətləri və sübutlarını görmədiyini bəyan edib.
 
Moderator.az xəbər verir ki, bu barədə o, Almaniyanın "Bild" qəzetinə müsahibəsində deyib.
 
"Döyüş başlıqlarının saxlanc yerindən çıxarılmasının heç bir faktiki əlamətləri yoxdur. Biz bu barədə əvvəlcədən məlumatlı olardıq", - o, deyib.
 
Sikorski qeyd edib ki, Rusiya hakimi nüvə zərbəsi barədə təkbaşına qərar verə bilməz.
 
"Bu, elə silah deyil ki, düyməni basıb onu tətbiq etsin. Müdafiə Nazirliyi və Baş Qərargahdan onun istifadə edilməsi üçün adi zəncir mövcuddur. Deməli, o, öz generallarını belə əmrin icra olunmasına inandırmalıdır.
 
Bu generallar bilir ki, belə əmrin icrası onların hərbi cinayətkara çevrilməsi demək olacaq. Bu məqamda onlar seçim etməlidir: ya əmri icra etməli, ya da Putindən xilas olmalıdır", - Polşanın baş diplomatı qeyd edib və "ABŞ-ın bununla bağlı xəbərdarlığını" xatırladıb.
 
Birləşmiş Ştatlar aydın şəkildə Rusiyaya xəbərdarlıq edib ki, əgər nüvə bombası partlatsalar, Amerika öz adi qüvvələrindən istifadə edərək Ukraynanın işğal edilmiş ərazilərində Rusiyanın istənilən hədəflərini məhv edəcək. Düşünürəm ki, bu, güclü çəkindirici amildir", - Sikorski qeyd edib.
 
Bu zaman o deyib ki, Rusiyanın Ukrayna ilə müharibədə qələbəsi bütün Avropanı zərbə altına qoyacaq.
 
"Biz seçim etməliyik: ya Rusiya ordusu darmadağın edilərək Ukraynanın hüdudlarından çıxarılacaq, ya da Polşa sərhəddində qalib Rusiya ordusu olacaq. O zaman Putin Hitlerin Çexoslovakiyanın başına gətirdiklərini edəcək.
 
Yəni sənayesi və adamlarını Ukraynada səfərbərlik edərək irəliyə gedəcək. Ona görə də ən yaxşısı Putini buradan şərqə doğru 500-700 km məsafədə dayandırmaqdır", - Sikorski deyib.
 
O, qeyd edib ki, Polşanın Rusiya barədə hər-hansı xülyaları yoxdur, çünki bu ölkə bütün tarix boyunca Polşa dövlətinə düşmən münasibət sərgiləyib.
 
"500 illik tariximizdə Rusiya dəfələrlə Polşaya hücum edib. Ona görə də biz təəccüb etməzdik. Lakin bu gün hücum edərsə, Rusiya uduzacaq, çünki Qərb Rusiyadan xeyli güclüdür. Keçmişdən fərqli olaraq, biz təkbaşına döyüşməyəcəyik", - nazir deyib.
Seçilən
25
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
26606
2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
26269
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18127
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
16845
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14390
Sabah 20 dərəcə isti olacaq
9647
May ayında Azərbaycana qar yağdı - VİDEO
8817
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8578
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8481
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
8168
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7224
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7143
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6961
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
6863
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6542
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6478
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6438
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
6025
Azərbaycan nefti ucuzlaşıb
5981
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
5861