AZ

Xaçikyan: “Mif və nağıllarla yaşamaq vərdişimiz artıq qanımıza hopub”

“Erməni xalqı nağılı sevir. Biz ermənilərə bir auditoriya verilməlidir ki, orada yalnız nağıllar danışsınlar. Bizdə belə bir qəribə ehtiras var ki, həqiqətə uyğun olmayan nağıllara inanırıq”.

KONKRET.az xəbər verir ki, bu sözləri erməni politoloq Artur Xaçikyan bildirib.

O fikirləbi belə əsaslandırıb: “Biz heç vaxt dəyişməyəcəyik. Çünki uşaqcasına emosional, yalanlarla dolu jestlərə meyilliyik. Biz konkret heç nə etmək istəmirik. Biz bir xalq olaraq öz əsəb sistemimizi öyrənməliyik. Ola bilər, bizim əsəb sistemimiz başqa cürdür, digər xalqlardan fərqlənir?! Ola bilər ürəkdən beyinə hansısa əsəb sistemi əlaqələndirilib. Biz nağılpərvər xalqıq. Niyə biz praktiki işlə məşğul olmuruq, amma teatral, emosional, şou tipli məşğuliyyətimiz var?! Bizi son 30 ildə bu nağıllarla yedizdiriblər. Mif və nağıllarla yaşamaq vərdişimiz artıq qanımıza hopub.

Sovet İttifaqı dağıldıqdan sonra bizim təhsil sistemimiz çökdü. Hesab edirəm, boşluqlar da bundan başladı. Bu isə bizdə böyük fəlakətlərə yol açdı. İndi məni bəlkə də bu sözlərimə görə qınayacaqlar. Amma mənim vecimə də deyil. Sovet İttifaqının dağılması Ermənistan üçün əsl faciə idi. Çünki ideologiyamızda retro millətçilik kök salmağa başladı. Bu, o deməkdir ki, erməni olmaq keçmişlə yaşamaq deməkdir. Hələ təəccüblənirəm ki, geyimlərimizi əlimizdən almayıblar. Belə olsaydı, 12-ci əsrdəki kimi qoyun dərisində gəzməli idik. Erməni dilində ədəbiyyatımız belə, yoxdur”.

Natiq Səlim,

KONKRET.az

Seçilən
8
Mənbələr
Şərh ()
Bağla