AZ

Azərbaycan şahmatçısı Avropa çempionu oldu


Azərbaycanın qadın şahmatçısı Ülviyyə Fətəliyeva Yunanıstanın Rodos adasında təşkil edilən Avropa çempionatında qızıl medal qazanıb.
Yeniavaz.com
Azərbaycan Şahmat Federasiyasına istinadla xəbər verir ki, o, sonuncu X turda Gürcüstan təmsilçisi Nina Batsiaşvili ilə heç-heçə edərək, qitə çempionluğunu qazanıb.
Bu nəticədən sonra xallarını 8,5-ə çatdıran iti zəka sahibi rəqibləri üçün əlçatmaz olub.
Beləliklə, Ülviyyə Fətəliyeva şəxsi qitə çempionatında qızıl medal qazanan ilk azərbaycanlı xanım şahmatçı kimi tarixə düşüb.
Qeyd edək ki, Avropa Şahmat İttifaqı tərəfindən qadınlar arasında şəxsi Avropa çempionatı 2000-ci ildən təşkil olunur.
Seçilən
66
5
Mənbələr
Şərh ()
Bağla